PL       AZ       RU  

Vitold Zqlenitski

Vitold Zqlenitski 1850-ci ilin yanvar aymın 6-da, Polşada anadan olmuşdur. 1875-ci ildə Peterburq Dağ-Mədən İnstitutunu bitirib əvvəl Polşada, daha sonra isə Riqada işləmişdir. O, 1891-ci ildə Bakıya köcmüş və ömrünün sonuna qədər burada çalışmışdır. Qeyd edək ki, Bakı o dövrdə cox yüksək sürətlə inkişaf etsə də, burada su və kanalizasiya kəmərləri olduqca az idi. Şəhərdə tez-tez xolyera, tif kimi yoluxucu xəstəliklər olurdu. Və məhz Zqlenitskinin təşəbbüsü ilə, Bakıda su kanalının tikintisinə başlanıldı. O, həmçinin elmin inkişafını da dəstəkləyirdi. Bakıdakı Rus Texniki Cəmiyyyətin kitabxanasma maddi yardım göstərirdi.Qeyd edək ki,o dövrdə Bakinm milyonçulan da müxtəlif elmi-texniki kitabxanalara yardım edirdilər. Müqayisə üçün aşağıdakı siyahıyaı diqqət edək: Nobel qardaşları kitabxananın hesabma 60, Rotşild şirkəti - 45, milyoncu Tağıyev 33, mühəndis Zqlenitski isə 1000 rubl pul vəsaiti köcürmüşdülər. V.Zqlenitski elmi-texniki təhsilin Bakıda neft sənayesinin inkişafma olan təsirini cox gözəl başa düşürdü. Və onu yüksək professiohallığına, tam dürüst- lüyünə, vicdanlılığına görə layiqincə dəyərlən- dirirdilər. V.Zqlenitski bir cox elmi əsərlərin və qeoloqiya sahəsində (həmcinin Qafqazda neft mədənləri barədə) nəşrlərin də müəllifıdir.

V.Zqlenitski 1904-cü ildə ağır formalı şəkər xəstə liyindən vəfat etmişdir. Lakin, ölümündən əvvəl, bütün var-dövlətinin elmin və maarifın inkişafına sərf olunmasını vəsiyyət etmişdir. Və bu təmənnasız vəsiyyətinə görə, Vitold Zqlenitskiyə "Polşalı Nobel" adı verilmişdir.


Nəsiman Yaqublu

Copyright © www.polonia-baku.org Wszystkie prawa zastrzeżone