PL       AZ       RU  

Pavel Zdrodovski
(1890-1976)

Pavel Feliksoviç Zdrodovski-tanınmış alim, məşhur mikrobioloq, immunoloq olmaqla bərabər rikketsiya və rikketsioz üzrə elmiistiqamətin yaradıcısıdır.

P.Zdrodovski Uralskda anadan olmuşdur. Onun atası Feliks Frantseviç Lomjinsk quberniyası, Mazovetski uyezdinin Zdrodı kəndindən olan polyakdır, hərbi qulluğu Rusiyada keçmişdir,orada milliyətcə rus olan kəndli qızı Qlikeriya Petrovna ilə evlənmişdir. Yenievlənənlər Uralskda yaşamağa davam etmişlər.Feliks Frantseviç vərəm xəstəliyindən vəfat etdiyi vaxt, oğlunun cəmi 7 yaşı vardı. Yaşayış üçün heç bir vasitəsi olmayan ana 3 uşaqla dul qalmışdır.

Pavel Uralsk ruhani məktəbində təhsil almağa başladı orada təhsilini bitirdikdən sonra isə Orenburq Ruhani Seminariyasına daxil oldu. Ruhani təhsilini bitirdikdən sonra P.Zdrodovski kənd məktəbində müəllim işlədi, 1909-cu ildə isə Kazan Universitetinin tibb fakultəsinə qəbul oldu. 1914-cü ilin yazında kursu bitirdikdən sonra hərbi qulluğa səfərbər edildi və həkim qismində cəbhəyə göndərildi. 1916-ci ildə hələ hərbi qulluda olduğu vaxt dövlət imtahanlarını verib fərqlənmə diplomlu həkim oldu.

1917-ci ilin oktyabrında hərbi qulluğundan təxris olduqdan sonra Rostov na Donu şəhərində yaşamış, orada Don Bakterioloji İnstitutunda vəba, səpkili tif və diaqnostika şöbələrinin müdiri vəzifəsində işləmişdir. 1920-ci ildə Don Universitetində tibb üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.Həmin il könüllü olaraq RKKAya daxil olmuş və 11-ci ordunun epidiomologu qismində malyariya ilə mübarizə üçün Bakıya göndərilmişdir. Eyni vaxtda isə Bakıda təşkil etdiyi mikrobiologiya və gigiyena İnstitutunda 1924-cü ildən direktor müavini, 1926-ci ildən isə direktor vəzifəsində işləmişdir.

1925-ci ildə P.Zdrodovski SSRİ-də ilk dəfə keçirilən uşağların difteriya anatoksini ilə profilaktik vaksinasiyası təcrübəsini tətbiq etmişdir. Uşağların difteriya anatoksini ilə vaksinasiyası profilkatikasına eyni qaydada rəhbərlik işlərini Leninqradda yaşamağa köçüb gələrkən həyata keçirmişdir. 1933-cü ildə Şimalı Qafqazda brüselyozla mübarizə işlərinə rəhbərlik etmişdir. P.F.Zdrodovskinin elmi təşkilatı fəaliyyəti elmi işləri ilə müvəffəqiyyətlə uyğunlaşırdı. 1930-1934-cü illərdə Leninqradda Eksperimental Təbabət İnstitutunda epidemiologiya şöbəsinə rəhbərlik etdiyi vaxt P.F.Zdrodovski SSRİ-də ilk dəfə 1933-cü il işıq üzü görən “Bruselyoz haqda elmi-təlim” monoqrafiyasını hazırladı, 1934-cü ildə isə bizim ölkədə ilk dəfə “Bakteriyaların vakuum konservasiyası” metodunu işləyib hazırladı.1934-1938-ci illərdə isə artıq Moskvaya köçürülmüş həmin İnstitutda onun işləri davam etdirildi.

1935-ciildə o SSRİ-də bruselyoz stansiyaları şəbəkəsinin yaradılması ilə məşğul olmuş, onların fəaliyyətinə rəhbərlik etmişdir.30 oktyabr 1938-ci ildə gecə P.F.Zdrodovskiy həbs edilib Butırsk türməsinə salındı. 15 may 1939-cü ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hökmü ilə RSFSR cinayyət məcəlləsinin 58-ci maddəsi ilə 15 il müddətə həbs cəzası kəsilmiş, əmlakı müsadirə olunmaqla, 5 il hüquqlarının ləğvi təyin edilməklə, onun özünü günahkar bilməkdən imtina etməsinə baxmayaraq məhkum edilmişdir. Məhkəmədən sonra Komi Muxtar Vilayətinə etap edilmiş, orada yol tikintisi, meşə qırılması və başqa bu kimi ağır işlərdə işləmişdir. Sonra P.F.Zdradovskini Karaqanda İslah-əmək-duşərgəsinə köçürmüşdülər. 1939-cu ilin birinci yarısında hökm ləğv edilmiş, sonra “təkmili” istintaqa göndərilmişdi, onun özünü isə Moskvaya qaytarmışlar və yenidən Butırsk türməsinə həbsə atmışlar. 1941-ci ilin yazında isə ardıcıl olaraq Suxanovsk türməsinə köçürülmüşdür. “Təkmili” İstintaqdan sonra da, istintaqın gedişində və məhkəmədə yenə özünü günahkar saymadaqdan imtina etdiyinə görə SSRİ Ali Məhkəməsinin Kollegiyası 7 iyul 1941-ci ildə yenə onu 58-ci maddə ilə məhkum edib təkrarən Komi Muxtar Vilayətinin lagerinə göndərdi. Ancaq orada o, artıq xəstəxanada sanitar işləyirdi. 1942-ci ilin birinci kvartalında P.F.Zdrodovski xüsusi konvoyla Moskvaya daxili türməyə gətirilmiş, orada NKVD-nin xüsusi laboratoriyasında ixtisası üzrə işləmişdir, səpkili yatalağın (tifin) törədicisinin öyrənilməsi ilə məşğul olmuşdur. Nəhayət 6 noyabr 1944-cü ildə SSRİ DİN Xüsusi Müşavirəsinin 1 noyabr 1944-cü il tarixli qərarı ilə, Moskvada yaşamaq hüququna icazə ilə həbsdan azad edilmişdir.

Azadlıqa çıxdıqdan sonra, 1945-ci ildən Elmlər Akademiyasının Epidimiologiya və Mikrobiologoya İnstitutunda laboratoriyaya rəhbərlik etmişdir.O, aktiv şəkildə bruselyozun immunologiyası və epidimiologiyası sahəsindəki tədqiqatlarını davam etdirirdi. Onun həyat yoldaşı Qolineviç E.M. ilə birlikdə yazdığı “Rikketsiyalar və rikketsiozların elmi-təlimi” adlı monoqrafiyası 1953-cu ildə işiq üzü gördü. Bu elmi işə görə müəlliflər 1959-cu ildə Stalin Mükafatına layiq görülmüşlər. Bundan əvvəl isə, azadlığa çıxdıqdan dərhal sonra P.F.Zdrodovski (1945) Tibb Elmləri Akademiyasının akademiki seçilmiş, 1949-cu ildə Stalin Mükafatına layiq görülmüşdür. 12 may 1956-ci ildə məhkumluq işi cinayyət tərkibi olmadı üçün ləğv edilmişdir.1966-ci ildə Elmlər Akademiyasının İ.İ.Meçnikov adına medalına layiq görülmüşdür, 1970-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdur.

Tərcümə edin Dr Hüseyn Hüseynov

Copyright © www.polonia-baku.org Wszystkie prawa zastrzeżone