PL       AZ       RU  

Aleksandr Makovelski

22 iyul 1884-cü ildə Qrodno şəhərində anadan olmuşdur. 16 dekabr 1969-cü ildə Bakı şəhərində vəfat etmişdir. İxtisasca tarixçi-filosof idi.

04 Dekabr 1946-ci ildən SSRİ Elmlər Akademiyasının tarix və fəlsəfə bölməsinin müxbir üzvü (tarix-fəlsəfə üzrə) olmuşdur.

1949-cü ildən Azərbaycan SSR Elmlər Akademiyasının akademiki olmuşdur.

Fundamental əsərləri-antik fəlsəfə tarixi və Yaxın Şərq xalqlarının fəlsəfə tarixi mövzusunda olmuşdur. Aleksander  Makowielski

Aleksandr Makovelski 22 iyul 1884-cü ildə Qrodno şəhərində anadan olmuşdur.

A.Makovelski Qrodno şəhərində klassik gimnaziyanı medalla bitirməklə bərabər bütün digər tədris proqramları üzrə yüksək bilik səviyyəsində təhsilini başa vurmuşdur. Sonra o, Kazan Universitetinin tarix-filologiya fakültəsinə qəbul olmuşdur. Kazan Universiteti öz dövründə yüksək ali təhsil səviyyəsi, səriştəli və böyük elmi-tədris nailiyyətlərinə malik müəllim heyəti, həmçinin demokratik ənənələri ilə məşhur olan bir tədris müəssisəsi sayılırdı.Professor müəllim heyətində sayılıb seçilən soyadları sırasında tarix-filologiya fakultəsində professorlar D.Qulyayev, V.N. İvanovski, E.A. Bobrov, M.M. Xvostov, S.P.Şestakov, E.D.Budde, V.A. Bogoroditski və başqa alim-filoloqlar var idilər. Tələbə A.Makovelskinin elmi-maraq dairəsi geniş idi. Onun əsərlərində psixologiya, pedaqoqika, etika, məntiq sahələri əhatə olunmaqla, özünün daha doğma və yaxın mövzusu qədim yunan fəlsəfəsi əks olunmuşdu. Onun geniş diapazonda yaradıcılıq nailiyyətləri təsadüfi deyildi, o genişerudisiyalı poliqlot(çoxsaylı müxtəlif dilləri sərbəst bilən şəxs) idi. Sərbəst şəkildə bildiyi qədim yunan, latın, alman, ingilis, fransız, italyan, polyak, çex dilləri ona imkan verirdi ki, öyrəndiyi mövzunun fundamental səviyyədə mahiyyətini aça bilsin, o bu potensialı əldə etmişdi. Makowielski student

Makovelski daima öz biliklərini təkcə tarix-filologiya sahəsində deyil, təbiət və dəqiq elmləri də geniş öyrənirdi, xüsusilə astronomiya, biologiya, riyaziyyat elmləri bölməsi ilə də məşğul olmağa vaxt tapırdı. O, yüksək səviyyədə riyaziyyat-cəbr və həndəsəni bilirdi, bundan istifadə edərək istənilən çətin mövzünü asan və başa düşülən formada məruzə və mühazirələrdə dinləyiciyə izah edə və çatdıra bilirdi.

1904-cu ildə üçüncü kurs tələbəsi A.Makolevski Kazan Universitetinin 100-illik yubileyində Safoklun “Antiqona” faciəsində dramatik konfliktə yeni baxışların dəyərləndirilməsi”- adlı əsərinə görə medalla mükafatlandırılmışdır.

1907-ci ildə Universiteti bitiridikdən sonra Makovelski fəlsəfə kafedrasında saxlanıldı ki professor dərəcəsi verilməsi üçün təhsilni davam etdirsin. 1908-ci ildə Makolevski Ali qadın kurslarına dərs demək üçün müəllim qismində dəvət alır. O, Universitetdə privat-dosent işləyərkən onun iki mühazirəsi “Əxlaq Epikteti” böyük ruh yüksəliyi ilə çoxsaylı dinləyicilər toplanması ilə müşayət olunduğu üçün tezliklə mətbuata da yol açdı. 1913-cü ildə Makolevski, Sokratdan əvvəlki qədim yunan fəlsəfəsi üzrə ilkin mənbələrinin öyrənilməsi üçün Almaniyaya ikiiilik elmi-ezamiyyətə göndərilir.Həmin illər ölkə sərhədlərindən xaricə uzunmüddətli vaxta gediş etimadı qazanmaq sadə bir məsələ deyildi. Qeyd etmək lazımdır ki, gənc alim üçün Rusiyada tanınmış, şöhrətli yazıçı D.Merejkovski və onun arvadı Z.Qippius zəmanət vermişdilər.

Gələcəkdə əsaslı elmi əsər olan 3-cildlik “Sokratdan əvvəlki fəlsəfə” kimi kapital bir əsərin materiallarını Berlində, Münhendə elmi kitabxanalarda tədqiq edən Makovelski, məşhur filosoflarla (Ostvald, Kassirer, Erdman Zimmel) və məşhur riyaziyyatçı alim Dinqlerlə tanış olur.

Qəflətən başlayan I-ci Dünya Müharibəsi Makovelskiyə elmi işini Almaniyada davam etdirməyə imkan vermədi. Arası kəsilmiş elmi işi davam etdirmək zərurəti yarandı. O, indı Peterburq və Moskvada elm-kitabxanalarda işini davam edirdi. Artıq 1914-cü ildə fundamental “Sokrataqədərkilər” əsərinin İ-cildi işıq üzü gördü.

1915-ci ildə 2-ci cild çapdan çıxdı. Bu əsərin işiq üzü görməsi Rusiya və Qərbi Avropa elmi ictimaiyyəti üçün böyük bir hadisə oldu. ”Sokrataqədərkilər”- əsərinin 2 cildi çapdan çıxdıqdan sonra mətbuatda çoxsaylı rəylər , resenziyalar dərc olundu. Elmi ictimaiyyət alim-filosoflar qiymətli əsərin ərsəyə gəlməsini müsbət rəy və böyük razılıqla qarşılamışdılar. Makowielski z grupą lektorov Uniwersitetu Kazanskiego

1918-ci ildə “Sokrataqədərki fəlsəfə”-tarixi-təndiqi mənbələrin xülasəsi kitabı işıq üzü gördü, 1919-cu ildə isə “Sokratagədərkilər”-in 3-cü cildi çap olundu.

Bütün bunlar vətandaş muharibəsinin qizğın dövründə Kazanda yazılmış və çap olunmuşdur.1920-ci ildə Makolevski müxtəlif şəhərlərdəki Universitetlərdən o cümlədən Bakı Universitetindən dəvət almışdı. O, Bakını seçdi. 1920-ci ildən 1960-ci ilə qədər A.Makolevski Bakı Universitetində müəllimlik etmişdir. Eyni vaxtda o Politexnik və Pedaqoji İnstitutlarda, müəllimlərin Təkmilləşdirilməsi İnstitutunda, Xalq Təhsili İnstitutunda, muhazirələr oxumuşdur. Elmi-Tədqiqat Pedaqoqika İnstitutunda da işləmişdir.Universitetdə A.Makolevski bir neçə predmetdən muharizələr oxumuşdur: fəlsəfə tarixi, sosial-siyasi nəzəriyyə (təlim) tarixi, məntiq, psixologiya, məntiq tarixi, estetika, etika, pedagogika bunlardandır.

Bakı Universiteti öz mövcudluğunun birinci ilindən şəhərin ictimai-mədəni mərkəzi olmuşdur.Universitet öz dövrünün ən yaxşı elmi-yaradıcı güvvələrini bir mərkəzə toplamışdı.

1919-cü ildən 1925-ci llə qədərki Universitetdəki müəllim-professorlar həyatını sadalamaqla buna tam əmin olmaq olar. Universitetin tarix-filologiya fakultəsində professorlar Qulyayev A.D.-fəlsəfə, Dovnar Zapolski M.V.-iqtisadiyyat, Yevlaxov A.M.-qərbi avropa ədəbiyyatı tarixi, İvanov V.İ.klassik filologiya, Selixanoviç A.B.-pedagogika, Tomaşevski V.B.-muqayisəli dilçilik, Fridolin P.P.-ümumi tarix, Zummer V.M.-incəsənət tarixi, Juze P.K. və Uaruar İ.A.-ərəb dili üzrə tanınmış, şöhrətli mütəxəssis-alimlər idi. 1924-cü ildə artıq Universitetin tələbələrinin ilk buraxılışı oldu; onların ən yaxşıları Universitetin müəllimləri sırasına daxil oldular.

Universitetin müəllim-professorları şəhərin ictimai mədəni həyatının inkişafında aktiv iştirak edirdilər. Arzu edənlər üçün tez-tez açıq mühazirələr və aktual mövzulara dair disputlar təşkil edirdi, bu vaxt istənilən şəxs öz şəxsi fikrini söyləyə bilərdi.

Məşhur şair Vyaçeslav İvanov böyük əhəmiyyətli işlər həyata keçirirdi, şəhər ictimaiyyəti qarşısında muhazirələrlə çıxış edirdi, Jurnalistlər İttifaqının təşkil edilməsində və A.Makovelski ilə birlikdə çoxsaylı Universitet komissiyalarında da iştirak etmişdi. 1925-ci ildə V.İvanov Bakıdan getmişdir. Zaman dəyişilirdi, ağır dövran vaxtı başlayırdı və V.İvanov bunu başa düşürdü. V. İvanov A. Makolevskiyə İtaliyadan yazırdı və onun da gəlməsinə ümid bəsləyirdi. V.İvanov M.Qorki ilə söhbətində A.Makovelskinin yeni elmi ideyaları barədə yazıçıya danışmasını məktubunda qeyd edirdi. M.Qorki bu ideyalara ürəkdən tərəfdar olmuşdu. Yeni elmi əsərin reallaşması üçün İtaliyaya getmək zərurəti yaranmışdı. Ancaq A.Makovelski Azərbaycan torpağında qalmağı üstün tutdu, burada onun çoxlu dostları, ən əsas elmlərə susamış istedadlı tələbləri (ardıcılları) vardı. A.Makovelski çox işləyirdi, onun elmi-vərəsəsi bu gün də aktualdır.“Qədim yunan atomistləri” , “Avesta”, “Məntiq tarixi”, “Sofistlər” monoqrafiyaları, Psixologiya və pedaqoqika üzrə əsərləri hələ onun yaratdıqlarının tam siyahisi deyildir.

A.Makovelskinin Azərbaycanda ictimai-fəlsəfi fikir tarixinin öyrənilməsində əvəzsiz xidmətlərini xüsusi qeyd etmək vacibdir.Bu sahə əvvəldən öyrənilməmiş qalmışdı: A.Makovelski yeni elmi sahənin (distsiplinanın) predmetin əsasını qoymuşdur-bu Azərbaycan fəlsəfəsinin tarixi adlanır.

Sonra bu istiqaməti onun elm davamçıları olan şagirdləri akademik Heydər Hüseynov, professor M.Qasımov, professor Ş.Mirzoyeva və çoxlu sayda başqa şagirdləri davam etmişdilər. Əsərlərinin çoxunu A.Makovelski böyük Nizami Gəncəvinin dünyagörüşünün tədqiqinə həsr etmişdir, N.Gəncəvinin yaradacılığına A.Makovelskinin böyük marağı şübhəsiz təsadüfi deyildi-Nizaminin ensiklopedik bilikləri ona çox yaxın idi.

Makovelski yazırdı: “Nizami öz epoxasının (dövrünün) görkəmli filosofu idi. Onun biliklərinin nə qədər hərtərəfli, böyüktutumlu xarakterdə olmasını əsərlərində toxunulan məsələlərin müxtəlifliyinə baxmaqla fikir yürütmək mümkündür.” ( A.Makovelski “Nizami filosof kimi”, 1946-ci il).

Makovelskini şəxsən tanıyanlar, bu sözləri tam hüquqla müəllifin özünə ünvalaya bilərlər.

A.Makovelskiyə məsləhət, istiqamət və kömək almaq üçün hətta möhtərəm, qocaman və ustad alimlər belə müraciət edirdilər, həmişə layiqincə uyğungələn sözlə, işlə kömək alırdılar. Gedərkən deyirdilər ki, “Elə bil, sanki elmin tükənməz okeanına düşürsən”, bu həqiqətdən də belə idi.

A.Makovelski uzun və səmərəli bir həyat yaşamışdır. O, Azərbaycan SSR Elmlər Akademiyası fəlsəfə İnstitutunun direktoru, Azərbaycan SSR EA akademiki , SSRİ Elmlər Akademiyasının müxbir üzvi idi. Azərbaycan SSR-də ancaq 2 alim ümumittifaq səviyyəli elmi ada malik idilər-akademik A.Makovelski və Azərbaycan SSR Elmlər Akademiyasının Prezidenti dünyaşöhrətli kimyaçı-alim Yusif Məmmədəliyev.

Həyatının son günlərinə qədər A.Makovelski ahıl yaşında görmə və eşitmə məhdudiyyətlərinə baxmayaraq çox işləyirdi. Fəlsəfə İnstitutunda onu həmişə cavan azfəaliyyətli əməkdaşlara nümünə kimi təqdim edirdilər. Alim həyatının 86-cı ilində,1969-cu ilin dekabrında vəfat etmişdir.

Olqa Yujanina-Makovelska.

Copyright © www.polonia-baku.org Wszystkie prawa zastrzeżone