PL       AZ       RU  

Józef GOSŁAWSKI
(1865 -1904)

Józef Gosławski Gosławski z rodziną - z archivum Trofimowych

İOSİF QOSLAVSKİ (JÖZEF GOSLAWSKI) 1865-ci ildə Varşavada anadan olmuşdur. 1890-cı ildə I Nikolay adına Peterburq mülki mühəndislər institutunu bitirdkdən sonra onu Daxili İşlər Nazirliyinin Texniki İnşaat Komitəsinə işləməyə göndərirlər. Bir ildən sonra O, memarlıq akademiki keçmiş bakılı R.R.Marfeldin layihəsi ilə Aleksandr-Nevski kilsəsinin inşası üçün Bakıya ezam1891-ci ildə Bakıya gələrək, Qoslavski dərhal neft sənayesinin inkişafı ilə əlaqədar şəhərin keçirdiyi tikinti həyəcanı atmosferinə düşdü. Bu həm də şəhər memarlığının formalaşması, ucaldılan tikililərin keyfiyyətinə tələbatın artmasının başlanğıcı idi. Arttq icra edilmiş memarlıq layihələri varlanmış burcua sinfinin potensial imkanlarını təmin etmirdi. Bu layihələr xüsusi memarlıq fantaziyasına malik olmayan və digər sifarişlər üzrə həddinddn arttq işlə yüklənmiş azsaylı mütəxəssislər tərəfindən yaradılırdı.

Kilsənin inşası üzrə iş icraçısı olan Qoslavski, 1892-ci ildən Bakı şəhər memarı vəzifəsini yerinə yetirməyə başlamışdı. Cəsarətlə demək olar ki, şəhərin memarlığında əsl üslub təmayülü dövr məhz bu məqamdan başlayır. Baş memarın lap ilk yaradıcılıq addımları şəhərin inkişafında dönüş nöqtəsi olmuş, küçə və məhəllələrin abad edilməsinə geniş təsir göstərmiş və nəhayət ki, Bakıya əsl Şərqi Avropa şəhərinə xas olan incə zövq keyfiyyət və səciyyəvi xüsusiyyətlər vermişdir. O dövrdə nəşr olunan «Zodçiy» curnaiı yaz\r.«Qoslavskiy tikintiyə elə bədii elemerıtlər gətirib ki, onlar onun memar yoldaşiarını daha yaxşı niyyətlərə meyl göstərməyə və bu ideyaların icrasına can atmağa vadar edir, əhali isə estetik tələbatlara daha həssaslıqla yanaşmağa sövq edilir».

Aleksandr Nevskiy Kiisəsi mürəkkəb memarlıq və mühəndis tikintisi sayıllrdı, heç bir işçi cizqisi və ya memar şablonu olmayan Marfeldin layihəsi tikintinin gedişini yalnız çətinləşdirirdi. Ozünü bacarıqlı mühəndis kimi göstərən Qoslavski yalnız binanın konstruksiya hissəsinin həllində yox, həm də kilsənin element və detalların icrasında öz istedadını özəlliklə göstərərək, nəfis nəticələrə nail oldu. Daş naxış vurmalarla zəngin olan mürəkkəb memarlıq kompozisiyasının təcəssüm olunması üçün O, «qüsursuz yonma və ornamentlə bəzəmə üzrə müvafiq yerli qüvvələri cəlb edib, tapşırılmış kilsə tikintisini müvəffəqiyyətlə yerinə yetirdi».

Kilsənin memarlıq işlənməsində Qoslavskinin iştirakı o dərəcədə böyükdür ki, onun bu ibadət binasının ikinci müəllif qismində tanınması ilə razılaşmamaq olmaz. Ona baxmayaraq ki, memarın yaradıcılıq istedadının özünəməxsusluğu sonrakı işlərdə daha dolğun təzahürünü tapmışdır,. kilsənin inşasnda Qoslavskinin birbaşa iştirakı bu fərdi xüsussiyyətlərin açılmasına və onun memarlıq sənətinə yiyəllnməsina xidmət etmişdir (kilsə Stalin dövründə dağıdılmışdır).

Şəhər memarı vəzifəsi şəhərin inşa təcrübəsi ilə yaxından tanış olmaq, onun memarlığının ehtiyac və problemlərini daha dərindən öyrənməyə böyük imkanlar açırdı. Bu memarlığın əsaslarını klassik təmayüllü memarlıq prinsipləri təşkil edirdi. Şəhər ətrafı tikintilərin ilkin dövrü klassik üslublu və ahəngdar relyef detalları ilə seçilən dəbdəbəli əhəngdaşından inşa edilən sərbəst və dürust kompozisiyalar ilə səciyyələnib.

Şəhər memarlığında ənənəyə çevrilən klassik element və motivlərin istifadəsi Qoslavski üçün bir növ əsas oldu. O, nəinki sələflərinin ona təklif Böyük yaradıcı fantaziya və bədii istedada malik olan Qoslavski, öz layihələrinin klassik formalarını təcəssüm etdirmək üçün yerli əhəngdaşının üstünlüklərini anladı və məharətlə qiymətləndirdi. O, həqiqi sənətkar qəlbinin ehtirası ilə onları qrafik cəhətdən çox gözəl yerinə yetirirdi. Klassik təmayülün pərəstişkarı olan memar öz yaradıcılığında XIX əsrin ikinci yarısında geniş yayılmış başqa üslub istiqamətləri də lazımi dərəcədə qiymətləndirirdi. Onun 1893-cü ildən 1900-cü ilə qədərki yaradıcılıq fəaliyyəti hər bir kəsi heyran edir. Yeddi il ərzində O, 1898-ci ildə tamamlanmış Aleksandr-Nevski kilsəsindən əlavə, 12 əsaslı obyekt layihələndirmiş və tikmişdir.

Klassika Qoslavski yaradıcılığına mənən yaxın idi. Özünün sonrakı işlərində Qoslavski onun estetik imkanlarını göstərməyə çalışırdı. Bu zaman memar onun qanunauyğunluqlarını özü bildiyi kimi, yerli mühitin yeni şərtlərini nəzərə alaraq dəyişirdi. Qoslavski mahir rəssam və lirik idi, memarlığın musiqi ahəngi ona yaxın idi və o, onun poetik ritmini böyük Şopenin musiqisi altında dərk etməyə çalışırdı. Pałac Tagijewa Pałac Tagijewa

Mərdəkandakı ən maraqlı binlardan biri də H.Z.Tağıyevin sifarişi ilə 1893- 95-ci illərdə Qoslavskinin layihələşdirdiyi villadır. Planlaşma kompozisiyasının düzgün sxemi yarpaqlı və iynəyarpaqlı ağac növlərinin ahəngi, daş lövhələr döşənmiş cığırların istiqaməti sayəsində rəngarəng mənzərələri heç də kölgədə qoymadı. Döşənmə də yastı yer səthinin ornamentləşdirilməsində bədii rol oynayırdı. Abşeronda salınan yeni villalar məşhur Avropa villalarının təkrarı deyildi. Sifarişçilər memarlar qarşısında Azərbaycanın başqa zonalarında olduğundan fərqli məsələlər qoyurdular, buna görə də dənizkənarı villaiarın həlli daha oricınal olur, böyük təmtərağı ilə seçilirdi. XIX əsrin sonu və XX əsrin əvvəlində Azərbaycanda sənaye tikililəri də inşa edilləyə başladı. Bu cür tikililər sırasına Qoslavskinin Tağıyevin sifarişi ilə Zıxda layihələşdirdiyi tikiş fabriki aiddir. Müəssisənin belə yerdə tikilməsi üçün bütün ilkin şərtlər var idi - ucuz yanacağın (neftin) olması, xammal (pambıq) və satış bazarların (İranda və Orta Asiya) yaxınlığı. Texniki cəmiyyətinin Bakı şöbəsinin binasını məhz Qoslavski 1899-cu ildə tikmişdir. Yüksək kürsülüklü birmərtəbəli bina künc mövqe tutur.

Qoslavskinin yeddi illik yaradıcılıq işlərinin arxasında layihələşdirilmş binaların geniş diapazonu var idi. Bunu onun müəljif olduğu ictimai-tədris, binaları təsdiq edir. Torqovı küçəsindəki (Nizami, 115) Imperator rus texniki cəmiyyətinin Bakı şöbəsinin binasını məhz Qoslavski 1899-cu ildə tikmişdir. Yüksək kürsülüklü birmərtəbəli bina künc mövqe tutur.

Bakı orta texniki məktəbinin (indiki Neft Akademiyası) Stanislavski küçəsində (Azadlıq, 20) yerləşən keçmiş binası Qoslavski tərəfindən əslində H.Z.Tağıyevin vəsaiti hesabına tikilmişdir. Bu bina ətrafdakı tarixi tikililərə münasibətdə məsuliyyətli planlaşma mövqeyi tutur. İnqilabdan əvvəlki Rusiyanın tədris müəssisələrinin ən yaxşı ənənələrinə uyğun tikilmiş məktəbin ikimərtəbəli binasında memarlıq kompozisiyasının klassik üsullarından, təkcə order sisteminin deyil, həm də fasadın üz çəkilməsində yeni inşaat materiallarından geniş surətdə istifadə edilmişdir. Məktəbin binası çox gözəldir və Qoslavskiyə məxsus memarlıq təfsilatların incə və aydın çəkməsi ilə seçilir.

H.Z.Tağıyevin qadın müsəlman məktəbi İ.Qoslavskinin (1898-1901) ən yaxşı tikililərindən biridir. O, Nikolayevski (İstiqlaliyyət, 8) küçəsində qala divarları yanında tikilməsi nəzərdə tutulan ilk tikililərdən biridir.

Bu tikili Şərq üslubundadır, lakin heç də o zamanın nümunə modeli deyil - məktəb çar Rusiyası şəhərlərinin bina və tikililərində öz əksini tapmış ekzotik üslubdan kənardadır. Bu, istedadlı bir sənətkarın işidir. O, detal profillərini və daş üzərində dərin oymanı çox gözəl yerinə yetirərək plastik və rəngarəng bir memarlıq əsəri yaratmışdır. O dövrün Bakı mətbuatı Qoslavskinin işi haqda belə yazırdı: «Bakınırı ən yaxşı küçələrindən birində yeriəşən məktəbin binası gözəl memarhq tikililəri olan şəhərin bəzəyinə çevrilmişdir. Burada lüzumsuz fikirlərin olmaması onun bütün hissələrinin nəfis sadəliyi və ahəngdarlığı ilə əvəz olunmuşdur.» 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının parlamenti bu binada yerləşirdi.

İ.Qoslavskinin son əsəri Bakı şəhər dumasının, geniş vestibülü, enli dəhlizləri, üçmarşlı mərmər pilləkanı, məharətlə işlənmiş interyerləri olan üçmərtəbəli binası olmuşdur. Bu bina şəhərin tarixi hissəsinin şəhərsalma sistemində üstün mövqe tutur. Barokko memarlıq motivlərindən, ancaq oricinal bir təfsirdə istifadə etməklə tikilmiş bu bina, klassik kompozisiya üsullarına xas olan xüsusiyyətlərin daşıyıcısıdır. Dumanın baş fasadı ciddi tənasüb sxeminə malikdir. Binanın əsas oxunu qüllə ilə nəzərə çarpdıran memar onu əsas həcmin üfqi bölgülərinə qarşı qoymuşdur. Baş fasadın qülləsini tikərək və onu əsas həcmlə üzvi surətdə əlaqələndirərək, Qoslavski bütün kompozisiyaya o zaman mərkəzi şəhər magistralı olan Nikolayevski küçəsinə kifayət etməyən bədiilik xüsusiyyətləri bəxş etdi. Həm bütövlükdə, həm də detallarda əla işlənmiş əsas bölgülərin klassik mütənasibliyi, fasadların daş elementlərinin monumentallığı duma binasının - şəhərdə təmtəraqlı formalarda icra edilmiş yeganə sırf inzibati binanın ifadəli fasadının yaradılmasına imkan verdi.

Qoslavski yeganə Bakı memarıdır ki, çox qısa, ancaq mənalı yaradıcılıq fəaliyyətinə görə «Qafqaz Rasstrellisi» adını aldı və 39 yaşında cavan vəfat etdi. Onun əsərləri memarlıq abidələridir və Azərbaycan hökumətinin mühafizəsi altındadır. İ.Qoslavskinin memarlıq irsi çoxsahəli və çoxcəhətlidir. Varşavada 2000-ci ildə çap olunmuş monoqrafiyada K.Skureviçin yaradıcılığı tədqiq olunduğu kimi, Qoslavskinin də memarlıq irsi öz fundamental elmi tədqiqini gözləyir.

Professor Şamil Fətullayev-Figarov

Budynek przy ul.Rasul Rza Budynek przy ul.Rasul Rza Pałac Tagijewa Pałac Tagijewa




Copyright © www.polonia-baku.org Wszystkie prawa zastrzeżone