PL       AZ       RU  

TEODOR ŞUMOVSKİ
(1913-2012)

30 noyabrda qışın çovğununda Sankt Peterburqda görkəmli polyak alim, filosof, şair Teodor Şumovskinin ( 1913 – 2012) xatirəsinə həsr olunmuşmərasim onun abidəsinin açılışı həyata keçırılmişdir.


2012-ci ildə nəşr edilmiş “ Polyaklar Peterburqda” kitabında yazmışdyr ki, tanınmış orientalist alimin anadan olmasının 100 illiyini 2013 ildə qeyd edəcəyik. Heyf ki, öz yubiley gününü gözləmək ona qismət olmadı. 28 fevral 2012-ci ildə vəfat etdi.

Bir əsr ömür yaşamış bu insana və onun ailəsinə yaşanan əsr çox amansız olmuşdur. Birinçi Dünya Müharibəsi başlandıqdan sonra Jitomirdən olan polyak ailəsi dalınca Azerbaycana - Şamaxıya gəlmişlər. Onun atası mühasib, anası isə musiqi müəllimi idi. Teodorun anası Amelia geriyə Jitomirə - xəstələnmiş atasının yanına qayıtmışdır. Geriyə 13 il sonra çətinliklə qayıtda bilmişdir. Müharibə illərində sərgərdan, əzablı həyat, ailə ilə əlaqənin mümkün olmaması çəkdiyi zillət və xəstəliklər nəticəsində qayitdıqdan qısa vaxt sonra vəfat etmişdir.

Teodor ( onu həm də Tadek çağırırdılar) uşaqlıq illərini Azərbaycanın qədim məzarlıqlarında dolaşaraq, məzar daşlarında ərəb əlifbası ilə yazılanları oxumaqla keçirmişdir. Onun qeyri-adi musiqi istedadı olan böyük qardaşı öz əli ilə düzəltdiyi skripkada çalar, Tadek isə gitarada çalıb Azərbaycan mahnıları oxuyarmış”.

İllər keçdi, gənc Teodor kömür şaxtasında işləməyə getdi. Mətbuatdan tanıdığı çap olunan tanınmış orientalist alimlərə məktublar yazırdı. Bu yolla başqa bir tanınmış polyak –orientalist alim İqnati Kraçkovski ilə taleyin qismətıylə tanış olmuş, uzun illər boyunca təmasda olmuşlar. T.Şumovski 1938-ci ildə Leninqradda polyak olduğu üçün ( o bu barədə açıq-aşkar hətta rəsmi olaraq deyirdi) həbs olunmuş “təxribatçı fəaliyyətınə” görə Rusiyanın böyuk şairəsi Anna Axmatovanın oğlu Lev Qumilyovla birlikdə sürgün olunmuşdu.

Onun başına gətirilənləri, şəxsiyyətinin alçaldilmasını, təkrar həbsini, sürgünləri, Çəkdiyi çətinlikləri bir kənara qoyaraq, onun sovet dövründə elmi nailiyyətlələrinin tanınmasının necə çətinliklə başa gəldiyini diqqətə çatdırıram.

O ömrü boyu heç vaxt Polşada olmamışdı ( məlum səbəblərə görə), lakin vətənlə, Onun tarixi və mədəniyyəti ilə açilmaz bağlılığı var idi. Saatlarla polyak şairlərinin şerlərini əzbərdən söyləyirdi, hər başlanan günu Friderik Şopenin 1 və 2 Fortepiano konserti ilə açardı. Ömrünun sonuna gədər bütün günlərini elmi işlərə həsr edərdi, yalançı-psevdoelmi disput-mübahizələrə vaxtını sərf etməzdi.

Rusiyada islama dəyər verən insanlar, azərbaycanlılar, tatarlar,qırğızlar və s. ona Məbəddəki ikona kimi baxırdılar, Onu çətin günlərdə həmin insanlar təhlükələrdən xilas edirdilər. Son onilliklərdə demək olar ki, bu inamlı insanlar onu əlləri üstündə saxlayırdılar.

T.Şumovskinin 100 illik yubileyi Sankt-Peterburqda qeyd edilmişdir. Volkov qəbiristanında dəfn edilmiş alimin məzarı üzərinə gül dəstələri qoyulmuşdur. Mərasimdə Azərbaycan, Tatarıstan, Qazaxıstan, Qırğızıstan, Ukrayna və Polşa diasporlarının nümayəndələri, habelə Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun əməkdaşları iştirak etmişlər. Tədbir iştirakçıları Teodor Adamoviçin öz həyatından danışdığı “Adalar” sənədli filminə tamaşa etmişlər. T.Şumovskinin orta əsr Azərbaycan şairi və mütəfəkkiri Ataallah Arranini bizim üçün kəşf etməsi barədə kütləvi informasiya vasitələrində çox yazılmışdır. Lakin Şumovskinin rus dilinə tərcümə etdiyi Arraninin şeirlər məcmuəsi indiyədək heç yerdə - nə vətəni Azərbaycanda, nə də Rusiyada nəşr olunmamışdır. Yalnız Azərbaycan publisisti Yuri Məmmədovun T.Şumovski həyatda ikən öz vəsaiti hesabına nəşr etdirdiyi və ona bağışladığı “Qızılgül ləçəkləri” məcmuəsi istisna təşkil edir. T.Şumovskinin sonuncu vəsiyyəti onu müəllimi - görkəmli sovet şərqşünası İqnati Kraçkovskinin yanında, sağ böyrü üstə üzü qibləyə (Məkkəyə) doğru dəfn etmək olmuşdur. Şumovskinin məzarı üstündə Sankt-Peterburqda yaşayan azərbaycanlıların və tatarların vəsaiti hesabına abidə - stela ucaldılmış və üzərinə ərəb əlifbası ilə “Fəaliyyətinin bəhrəsi olmayan alim yağışsız bulud kimidir” sözləri yazılmışdır. Bu abidə islam dininə etiqad edənlərin sonuncu Müqəddəs Kitabı rus dilinə tərcümə etmiş polyak tərcüməçisinə minnətdarlıq hissinin əlamətidir. Noyabrın 30-da Polşanın Sankt-Peterburqdakı Baş konsulluğu adından alimin məzarı üzərinə Polşanın milli bayrağının rənglərinin rəmzi olan ağ və qırmızı qərənfillər düzülmüşdür.

Teresa Konopelko( Sankt-Peterburg),

Saleha Alijeva ( AzərTAc)



Copyright © www.polonia-baku.org Wszystkie prawa zastrzeżone