PL       AZ       RU  

MÜHƏNDİS STEFAN SKŞIVAN

XIX və XX əsrlərin qovşağında Azərbaycan xüsusilə onun baş şəhəri Bakı ətrafında neft buruqları meşəsi inkişaf etməklə neftin istismarı və eksportu üzrə ən böyük mərkəz olmuşdu. 1900-cu ildə neftin çıxarılması 11 milyon ton, yəni Rusiya İmperiyası masştabında 89 % olmaqla dünya istehsalının 55 %-ni təşkil edirdi. Bakıdan neftin eksportu Qaradəniz sahilindəki Batumi şəhərində boru kəməri vasitəsi ilə həyata keçirilirdi.

Bu neft bumu Azərbaycanın iqtisadi, ictimai və urbanizasiya inkişafının sürətlə getməsinə səbəb oldu.

Ölkənin sivilizasiyalı yenidən qurulması tarixinə həmişəlik olaraq müxtəlif sahələrdən olan çoxlu sayda polyakların fəaliyyəti daxil olmuşdur.Neftin dənizdibindən çıxarılmasının pionerlərindən olan neft sənayəsi mühəndisləri Vitold Zqlenitski və Pavel Potovski böyük nüfüz və hörmət qazanmışdılar.

Azərbaycanda Polyak memarlar da məşhurlaşmışdılar.

Bakı şəhərinin bu günə qədər saxlanılmış mərkəzi hissəsi əsasən bizim həmvətənlərimizin də memarlıq fəaliyyəti bəhrələridir.

Şəhərin sürətli inkişafına baxmayaraq (XIX əsrin əvvəlində əhali 3 mindən çox deyildi, həmin əsrin sonunda artıq 120 min əhali var idi) kanalizasiya sistemi yox idi. Abşeron yarımadası neftlə bu qədər bol olsada, su çatışmazlığından əhali əziyyət çəkirdi.

Polşa tətqiqatçısı Edvard Strumpf (1873-1901) qeyd edirdi: “Abşeron yarımadasında heç bir nəbatət, bitki örtüyü yoxdur, bozumtul peyzajın monoton görünüşünü, duzlu çöllərdə seyrək nadir bitkilər dəyişirdi, miskin-tikanlı sahələr elə bil həyatdan məhrum idi. İçməyə yararlı su bütün yarımadada yox idi. Hətta Bakıda belə su tapmaq çətin idi. Suyu çəlləklərdə gətirib, dəri tuluqlarda küçələrdə satırdılar. Bu sahədə şəhərin problemləri getdikçə artırdı. “Milyon rubl versələr belə bu şəhərdə yaşamazdım”-deyə Anton Çexov belə etiraf etmişdi.

Hər il təkrarlanan vəba epidemiyası (1970-1910-ci illərdə) və malyariya-isitmə xəstəliynin çoxalması Bakı şəhəri Dumasında su təchizat ilə şəhərin təmin edilməsi və kanalizasiya tikintisi barədə qərarın qəbul edilməsini sürətləndirdi.

Layihənin icrası və həyata keçirilməsi ingilis mühəndisi Vilyam X. Lindliyə (1853-1917) etibar edildi. Dünyada tanınmış, məşhur olan layihəçi və inşaatçı olmaqla yanaşı görkəmli nəzəriyyəçi və təcrubəli peşəkar praktik olan bu şəxs, öz işinin icrasına ən istedadlı, təşəbbüskar mütəxəssisləri, aktiv və istənilən problemi həlletməyi bacaranları dəvət etdi. Bu peşəkar mütəxəssislərin sırasına Stefan Skşıvan da daxil idi. Stefan Skşıvan 22 iyun 1876-ci ildə Odessada anadan olmuşdur. Ali təhsilini Sankt-Peterburqda Texnoloji İnstitutda almışdır. Bu İnstitutda çoxlu polyaklar oxuyurdu (1837-1914-cu illərdə ümumi buraxılışdakı 5700 nəfər tələbədən-1400 polyaklar olmuşdu). 1900-cu ildə Skşıvan mühəndis-texnoloq diplomunu almışdı. İnstitutun məzunları olan polyaklar Rusiya İmperiyası və Polşa Krallığında sənayedə, inzibati və elmi mərkəzlərdə çoxlu sayda yüksək vəzifələrə nail olmuşdular.

Yeni dirçələn Polşada onlarla şəxslər nazirlərin funksiyasını icra edirdilər. 1907-1911-ci illərdə Skşıvan Lindlinin rəhbərliyi altında Varşavada su kəmərinin tikintısındə işləmişdi. 1911-ci ildə V.X.Lindli Bakıda fəaliyyətə başlayanda su kəmərinin tikintisini Skşıvana etibar etmişdi.

Buralardakı tikinti işləri isə çox çətin idi, suxur suları Qafqaz massivində, Qusar çay rayonunda, Qil meşəsində-Xəzər dənizinə tərəf çatan yamac-yeniş sahəsində idi.

Şollar və Fərzəli su mənbərində su ehtiyatı Bakı şəhərinin tələbatını təmin edirdi, gələcəkdə isə genişlənən neftçıxarma ərazilərinə də çatardı. Bu su mənbələri hündürlükdə olduğu üçün, su oradan gravitasiya təsiri ilə Bakı şəhərinin 40 km-liyinə qədər ətalətlə öz gücünə gəlirdi və asanlıqla hündürlük çən-rezervuarlarına axıb dolurdu.

Layihə üzrə əvvəlcə hasıl edilən suyun miqdarı sutkada 37500 kubmetr idi, 75000 kubmetrə qədər artırıla bilərdi, sonra isə 150 000 kubmetr sutka həcmə qədər də artırılması mümkün idi. Bu Avropada ən böyük su kəməriydi ki, dağlardan keçib gələrək rekord parametrlərlə xarakterizə olunurdu: uzunluğu 170 km idi, icra olunma tempi 7.5 metr dərinlikdə orta hesabla həftədə 1550 metr təşkil edirdi. Su kəməri tikintisindən sonra Bakı şəhəri həqiqətən Avropa şəhərinə uyğun gələn imkana malik oldu ki, bu işdə mühəndis Lindlinin ən yaxşı köməkçiləri və ardıcıllarından olan mühəndis-Stefan Skşıvanın da az olmayan xidmətləri olmuşdur.

1917-ci ildə Polşaya qayıtdıqdan sonra Skşıvan Belostok Voyevodasında, arvadının malikənəsində yaşamışdır. 1924-cü ilin sentyabrında Lodz şəhər rəhbərliyi Lindli 1909-cu ildə Bakıya getməzdən əvvəl hazırladığı layihə əsasında su kəməri çəkilməsi tikintisinə başlamaq qərarını təsdiq etdi. Tikintiyə rəhbərlik Skşıvana həvalə edildi. Həmin vaxdan və ömrünün sonuna qədər mühəndis Skşıvan şərəflə öz postunda işini davam etdirdi.

Ictimai mənafe naminə maneələrlə mübarizə apardı, öz məqsədinə doğru inamla addımdladı, (Lodz şəhərinin maqistraturası). Onun yaxın əməkdaşı mühəndis Yan Jenovun xatirə sözlərini əlavə edirik:” Skşıvan tikintidə nüfüz sahibi-avtoritet idi. O, şən, xoştəbiətli, iti ağıla malik şəxs idi və məyus məhzun xasiyyətli adamları xoşlamazdı. Fəhlələr onu sevirdilər, hörmətini saxlayırdılar. Azərbaycanda işlədiyi vaxtlarda da o yəgin ki, belə xasiyyətdə olmuşdu.

Skşıvan 1 oktyabr 1932-ci ildə Otvotske sanatoriyasında ağ ciyarlərin uzun sürən xəstəliyindən sonra vəfat etmiş, müqəddəs Yuzef adına olan Oqorodovoy küçəsində yerlşən qədim Lodz nekropolunda dəfn edilmişdir.

Xidmətlərinə görə Stefan Skşıvanın adına Lodzda bir küçə adlandırılmış, mühəndisin büstü qoyulmuşdur. Ənənələr Palatasında zavodda Skşıvanın adına olan qiymətli xatirə sənədləri toplanmışdır, onların arasında rus dilində olan versiya ilə Bakı şəhərinin su kəmərinin tikintisi layihəsi də vardır.

“Non omnis moriar”- bu sözlər qədim Romanın böyük şairi Horatsinindir və bunu tam əminlik hissi ilə Stefan Skşıvana aid etmək olar.

Yuzef Quretski, Lodz.

Tərcümə edin Dr Hüseyn Hüseynov

Copyright © www.polonia-baku.org Wszystkie prawa zastrzeżone