PL       AZ       RU  

PAVEL POTOTSKİ
( 1879 -1932)

Potocki

Taninmiş mütəxəssis Pavel Pototski 1879-cu ildə Peterburq şəhərində zadəgan ailəsində anadan olmuşdur. Onun atası infanteriya generalı idi və Mixaylovski akademiyasmın professoru olaraq tanınırdı. O, oğlu Paveli də hərbi xidmətə-Pajes korpusuna göndərməyə üstünlük vermişdi. Lakin cavan Pavel mühəndis olmaq arzusunda idi. O, Pajes korpusundan Yollar və Rabitə İnstitutuna keçir və yüksək təhsil alır. Pavel Pototski 1901-ci ildə bu institutu bitirdikdən sonra Hollandiyaya gedərək yer qazma işlərinin incəliklərini öyrənir.

Hollandiyadan qayıtdıqdan sonra P. Pototski Xersonda Dnepr çayının mənsəbindəki kanalın tikintisində işləməyə başlayır.

1910-cu ildə Bakı neft sənayeçiləri torpaq qazma işlərində savadlı və bacarıqlı mühəndis olan Pavel Pototskini Bibiheybət buxtasının doldurulması işlərinə rəhbərlik etməyə dəvət etdilər. O vaxta qədər isə dünyamn heç bir yerində sulu ərazinin torpaqla doldurulması işləri aparılmamışdı. Qeyd edək ki, hələ 1890-cı illərdə Azərbaycanın neft Sənayeçiləri çar hökumətindən xahiş edirdilər ki, onlara Bibiheybət körfəzinin su ərazisinin istismarma icazə versin.

Məhz bu səbəblərdən körfəzin torpaqla doldurul- ması işində P.Pototskinin xidmətlərinin böyük əhəmiyyəti olmuşdur.

Az keçməmiş, P.Pototoski 41 yaşında ikən gözlərinin nurunu itirir. Çox təəssüf ki, o, belə bir acı tale ilə barışmalı olur.

Bibiheybət körfəzində işlərin davam etdirilməsi haqqında sərəncam verildikdən sonra Azneftin rəhbəri Serebrovski P. Pototskiyə buxtanm doldurulma işlərinə rəhbərliyi öz üzərinə götürməyi təklif etdi.

1923-cü ilin aprel ayının 18-də İliç körfəzində (3-cü layda) 82,5 metr dərinliyində quyu işə salmdı. Bu yeni torpaqla örtülmüş sahədən vuran ilk neft fantanı bütün dünyam heyrətə gətirdi, Beynəlxalq neft konfranslarmda böyiik marağa səbəb oldu.

Bibiheybət körfəzinin, həmçinin "çala"nm doldurulmasınıri ilk mərhələsi uğurla başa çatandan sonra P.Pototski ikinci bir layihə tərtib etdi. Bu layihədə daha 79 hektar ərazinin torpaqla doldurulması nəzərdə tutulmuşdu. İkinci layihə onun müəllifmin ölümünə az müddət qalmış yerinə yetirilir. 1930-cu ilin əvvəlində isə P.; Pototskinin layihəsi üzrə dənizin torpaqla örtülən ərazisi 100 hektara çatdırılır. Ümumilikdə isə Bibiheybət körfəzinin tam örtülmüş sahəsi 1910-cu ildən başlayaraq 300 hektara çatdırıldı. FÖyqəladə istedada, yüksək biliyə və tocrübəyə malik olan P.Pototski 20 ildən artıq fəaliyyəti dövründə heyrətamiz tikinti işlərınə rəhbərlik etmiş, nəhəng layihələrin müəllifi olmuşdur.

İstedadlı mühəndis P.Pototski qarşıya qoyulmuş 5 illik (Sovet quruculuğu dövründə idarə və müəssisələr qarşısında öhdəliyi yerinə yetirmək məqsədilə Moskva tərəfmdən 5 illik plan müəyyənləşirdi) plana vaxtmdan iki il yarım əvvəl nail olduğu üçün Lenin ordeni ilə təltif edilmişdi.

Məşhur rus yazıçısı Maksim Qorki də P.Pototski şəxsiyyətinə pərəstişini gizlədə bilməmiş, Bakıda olarkən öz qeydlərində yazmışdı: "Eşitmişəm Pototski bir əfsanədir. Gözləri görmədiyi halda Bibıheybəti yaxşı tanıyır, torpaqla doldurulma işlərinin görülən və görüləcək yerini xəritədə düzgün göstərir".

W centrum - Potocki

Həqiqətən də P.Pototskinin yanmda olan adamlara elə gəlirdi ki, onun ikinci görmə qabiliyyəti vardır. P.Pototski ömrünün son 20 ilini Bibiheybət körfəziııdə yeni neft yataqlarımn axtanşma həsr etmişdir. Hətta ölümiinə bir neçə gün qalnıış belə, o, körfəzin işlərinin başa çatdırılmasma rəhbərlik etmişdir. Pavel Nikolayeviç Pototski 1932-ci ildə vəfat edir və öz vəsiyyətinə görə Xəzərdən "zəbt olunmuş" Bibiheybətin torpaqla dolduruimuş sahəsində, dəniz kənannda dəfn edilir.

Polşah mühəndis Pavel Nikolayeviç Pototskinin Azərbaycamn neft sənayesinin inkişafındakı xidmətləri Bibiheybət yataqları ilə sıx bağiıdır.

Qeyd edək ki, əfsanəvi polşalı miihəndis P.Pototskiyə ilk abidə Azərbaycanm görkəmli dövlət xadimi Heydər Əliyevin göstərişi ilə qoyulmuşdur.


Nəsiman Yaqublu

Copyright © www.polonia-baku.org Wszystkie prawa zastrzeżone