PL       AZ       RU  

Józef PŁOSZKO

Józef PŁOSZKO

Peterburq Mülki Mühəndislər İnstitutunun məzunu İOSİF PLOŞKO (JÖZEF PLOSZKO, 1867-?) 1895-ci ildə İnstitutu bitirdikdən sonra iki il Kiyevdə işləyir. 1897-ci ildə o, İosif Qoslavskinin dəvəti ilə Bakıya köçür və şəhər idarəsinin tikinti şöbəsinə sahə memarı vazifəsinə işə düzəlir. Hələ Peterburqda olarkən o, əvvəlcə İmperator Bədaye Akademiyasında oxumuşdu, bir ildən sonra isə Akademiyanın proqramı onu təmin etmədiyi üçün oranı tərk etmiş və mülki mühəndislər institutuna daxil olmuşdu. Görünür, müstəqillik mövqeyi Ploşkoda erkən meydana gəlmişdi və buna görə də o, institutdan tanıdığı İ.Qoslavski və K.Skureviçin yaşadığı Bakıya gəldi. Ismailia

Ploşko Bakıya gələndə burada artıq özlərini əla tikililəri ilə fərqlənmiş İ.Qoslavski, Y.Skibinski, K.Skureviç, Qafar İsmayılov, İ.Edel, A.Eyxler, N.fon der Nonne və başqaları kimi memarlar fəaliyyət göstərirdi.

Gənc memar olan Ploşko şəhərin memarlıq-inşaat həyatı ilə yaxından tanış olur, yerli tikinti materiallarını, əsas etibarilə, gözəl bədii keyfiyyətləri olan əhəngdaşını öyrənir, sonralar isə öz tikililərində ondan məharətlə istifadə edir. Bununla yanaşı, o zaman, təəssüf ki, bərbad vəziyyətdə və dağılmaqda olan Bakı qalasının nadir abidələri onun diqqətini cəlb edir. Ploşko öz həcm plastikası, daş üzərində nəfis oyması və ornament motivlərinin fantaziyası ilə insanı heyran edən Şirvanşahlar sarayı ansamblına xüsusilə böyük maraq göstərir.

O, öz istedadı sayəsində özünə layiq yer tutdu, şəhərin bəzəyinə çevrilmiş çox gözəl monumental binaları ilə Bakını fəth etdi. 1913-cü ilə qədər Ploşko layihələr yaradır və tikir. Onun memarlıq aktivində çoxlu yaşayış evləri və mədaxilli binalar, ictimai, mülki, dini tikililər var.Bir memar kimi o, çox məhsuldar idi. Məşhur yerli milyonçular onun sifarişçiləri oldu.

Ploşkonun memarlıq əsərlərinin üslub sistemi yeknəsək deyil: Avropa klassikası, yüksək səviyyəli Venetsiya və fransız qotikası, xüsusilə də əsrin əvvəlində dəbdə olan modern. Onun yaradıcılığında yaşayış evləri üstünlük təşkil edirdi. Sifarişçiləri arasında yerli maqnatlardan Bakı milyonçusu Ağamusa Nağıyev xüsusilə seçilirdi. Bir vaxtlar İ.Qoslavski H.Z.Tağıyevin yaxın memarı olduğu kimi, İ.PIoşko da Ağamusa Nağıyevin memarı idi. Onun sifarişçiləri arasında başqa məşhur Bakı milyonçuları da var idi: Murtuza Muxtarov, Nuru Əmiraslanov, polyak dövlətlilərindən olan Rılskilər ailəsi və s.

Ploşkonun Nağıyev üçün tikdiyi yaşayış evləri və ictimai binalarının siyahısı xüsusi maraq doğurur, belə ki,sifarişçi memara tikililəri tapşırarkən əslində onun inkişafına imkan yaradır və onu reklam edirdi:

- «İsmailiyyə»nin binası, 1907-ci ildə layihələşdirilib (1908-1913) Nikoiayevski küçəsi, 10;

- Telefonnı küçəsində dördmərtəbəli yaşayış evləri (28 May, 4-6), 1907/1908-1910;

- Torqovı küçəsində yaşayış evi (Nizami, 93) 1908-19104;

- Mariinski küçəsində dördmərtəbəli yaşayış evi (Rəsul Rza, 23) 1909-1910;

- Birca (Hacıbəyov) və Krasnovodsk (Vurğun, 14) küçələrinin tinində üçmərtəbəli yaşayış evi, 1913;

- Qorçakovski (Tağıyev,13) küçəsində «Yeni Avropa» mehmanxanası, 1910-1913;

- Molokanski (Xaqani, 47) küçəsində dördmərtəbəli yaşayış evi, 1910.

Murtuza Muxtarovun İ.PIoşkoya sifariş etdiyi tikililər:

- Vladiqafqazda Muxtarov məscidi, 1906-1908;

- Torqovı küçəsində (Nizami), Qoqol küçəsinin tinində dördmərtəbəli mədaxilli yaşayış evi, 1908-1910;

- Persidski küçəsində (Muxtarov, 6) Murtuza Muxtarov sarayı, 1911-1912;

- Kaspiyski küçəsində (Behbudov, 25) üçmərtəbəli yaşayış evi, 1910.

Burada Ploşkonun Bakı şəhəri ərazisindəki bütün tikililəri göstərilməmişdir. Onların sayı çoxdur. Ploşkonun yaradıcılığı çoxşaxəlidir, memarlıq cəhətdən Bakı şəhərinin memarlıq-planlaşdırma quruluşunda əhəmiyyətli yer tutur. Ploşkonun monumental səciyyəli ilk işi olan «İsmailiyyə» onu şəhərin memarlıq mühitində birinci sıralara çıxartdı. Əvvəl «İsmailiyyə»nin yerində İ.Qoslavskinin layihəsi üzrə bazar tikilməli idi. Bazar tikilmədi və sahə on il ərzində boş qaldı, sonra məscid tikməyi qərar aldılar, ancaq Bakı qubernatoru şəhərin mərkəzində məscid tikməyə icazə vermədi. Yalnız 1907-ci ildə Ağamusa Nağıyev sahəni aldı və erkən vəfat etmiş oğlunun xatirəsinə «İsmailiyyə» ictimai-xeyriyyə binasının inşasını Ploşkoya sifariş etdi.«İsmailiyyə» cəmmiyyətinin binası tikiləcək sahə planlaşdırma cəhətdən əlverişli, memarlıq aspektində məsuliyyətli mövqe tuturdu. Venetsiya qotikası üslubunda tikilmiş dəbdəbəli «İsmailiyyə» sarayı çox plastikdir və yaxşı işlənmişdir.

«lsmailiyyə» binası 1920-ci illərin əvvəllərində yaxınlıqdakı «Kaspii» mətbəəsinin yerində Sabir adına bağ salınanda həcm cəhətdən tamailə açıldı.

«İsmailiyyə» binasının memarlığı öz ruhuna və məzmununa görə yerli mühitə yaxındır. Bakı ilə Abşeronun bütün qədim abidələrində çatma tağlar üstünlük təşkil edir. Burada memarlıq materialı başqa cür təfsir olunmuşdur. Bina başqa mütənasib bölgülər əsasında tikiləndə kompozisiya sistemi tikilinin obrazlı həllinə yeni münasibət ifadə edir. Binanın interyeri çoxplanlı və ümumi bir həcm-məkan quruluşunu təqdim edir. Burada bədii-memarlıq materialının ifadəsinin üstün forması özünün bütün təzahürlərində sırf klassikadır. Onun arxasına qotika üslubunda tikilmiş, çatma tağları Venetsiyadakı Dolar sarayını xatırladan zal gəlir. Ploşko, yaşayış binasının fərdi tərəfini açmağa çaiışaraq kompozisiya üsullarından asanca istifadə edirdi. O, bu üslubların xüsusiyyətlərini çox gözəl hiss edir və öz tikililərində əks etdirirdi. Moderndə hər memar özünü azad və sərbəst hiss edə bilmirdi. Bunun üçün həqiqi yenilikçi sənətkar olmaq lazım idi. Ploşkoda bu keyfiyyətlər var idi. Telefonnı küçəsində (28 May, 4,6) Ağamusa Nağıyevə məxsus olan yaşayış evləri bunu təsdiq edir. Bu yaşayış evləri dalanın oxuna nisbətdə mütənasib yerləşmişlər. Evlərin rizalit şəklində çəpinə küncləri ilə bir-biri ilə üzbəüz durması maraqlıdır. Şaqulilik onların inkişafını müəyyənləşdirir. Erkerlərin axarlı həcm və formaları onlara əlavə olunmuş pəncərə açırımları və ornament motivləri ilə binalara qala memarlığının sərt modern görünüşünü verir. Binaların yuxarı mərtəbələrində ayrıca sanitariya şəbəkəsi olan çoxotaqlı mənzillər yerləşir.

Agamusa Nağıyevın Torqovı (Nızamı, 93) kuçəsındəkı mədaxıllı evı (1908-1910) şəhər tikintisinin miqyasını, küçənin memarlıq həllinin xarakterini müəyyənləşdirən və estetik vəzifəyə malik olan çoxmərtəbəli tikilidir. Bina Bakı moderni üslubunda tikilmiş, yan çıxıntılara ayrılmış, qoşa pəncərə açırımlarına bölünmüşdür. Fa^adın quruluşu, əsas memarlıq kütlələrinin və bədii elementlərin bölüşdərəlməsi bu monumental binanın mahiyyətini açır. Binanın planlaşma həlli, eləcə da mənzillərin interyerləri diqqəti cəlb edir. Evin künclərində dörd üçmarşlı pilləkan var. İ.PIoşkonun yaratdığı kompleksin əsas elementlərindən biri olan yaşayış evi görkəmli yer tuiur və Bakıda bu üslubda tikiimiş memarlıq abidəsidir.

Bu binada əsl modern yoxdur, onun əsasını Avropa memarlığının nizamlı bölgü və formalara malik olan klassik üsulları təşkil edir. Onlar şəhər tikintisinə xas olan müəyyən aura yaradır Şaquli xarakterli qoşa açırımların ahənginə cənub iqlim zolağı üçün vacib o'hn, istirahət elementini təşkil edən üfqi tipli enli balkonlar əlavə olunmuşdur. Mərtəbələrin mütənasib bölgüləri binanın həcm plastikasını artırır. Memar mədaxilli Bakı evinin memarlıq xüsusiyyətlərini pozmadan üslub probleminə öz mumsibətini tapmışdır.

Ploşko özünün ilk əhəmiyyətli sitarlşini məşhur Bakı milyonçusu Murtuza Muxtarovdan almışdır. Murtuza Muxtarov öz osetin arvadının arzusunu yerinə yetirərək Vladiqafqaz şəhərində məscid tikməyi Ploşkoya tapşırmışdı. Ploşko Bakıda yaşadığı dövrdə islam memarlığı ilə bilavasitə Bakıdakı dini memarlıq abidələri üzərində əsaslı surətdə tanış olmuşdu. Ancaq layihə ərəb müsəlman memarlığının eklektik üsul və formaları əsasında tərtib olunmuşdur. Ploşko layihədə o zaman nəşr olunmuş uvrac materiallarından geniş surətdə istifadə etmiş, mərkəzi günbəzli və iki hündür minarəli, planda kvadrat formalı bir məscid layihəsi təqdim etmişdir.

Baş fasad minalı tava daşları və bişmiş kərpiclə bəzədilmiş çatma tağlı baştağ formasında təqdim olunmuşdur. Baştağın yan tərəflərində rizalitlər, onların üstündə isə səkkizüzlü minarələr var.

Məscidin tikintisi 1908-ci ildə bitdi. Şəhər gözəl bir hədiyyə, müsəlmanlar isə dekorativ motivlərlə bəzənmiş bir ibadətgah aldılar.

Bu məsciddən sonra digər monumental işlər gəldi. Şamaxı məscidi, Bakıda polyak kilsəsi. Şamaxıda 743-cü ildə tikilmiş Cümə məscidi kompleksi Zaqafqaziyada Dərbənd məscidindən (734-cü il) sonra ən erkən məscid olaraq, kompozisiya mərkəzi kimi öz əhəmiyyətini qoruyub saxlayırdı və böyük dağıntılar törətmiş 1902-ci il zəlzələsi məscidə güclü ziyan verənə qədər öz həcmi və silueti ilə şəhər tikintisi üzərində yüksəlirdi. 1903-cü ilin yanvarında Cümə məscidinin bərpası üçün ianə toplamaq üzrə komitə təşkil olundu. Ölçmə çertyocları və başqa materiallar olmadığına görə, onu tam bərpa etmək mümkün deyildi. Başqa bir yol da var idi - qədim bünövrəni saxlayıb üzərində yeni Cümə məscidi tikmək. Təəssüf ki, komitə məscidi nadir memarlıq abidəsi kimi qiymətləndirməyib ikinci variant üzərində dayandı.

Cümə məscidinin inşası üzrə komitə şamaxılı mülki mühəndis Zivər bəy Əhmədbəyova Cümə məscidinin yeni binasının layihələşdirməyi və o zaman dağılmış binanın konturunu saxlamağı və qismən də olsa bünövrənin qalan hissələrindən istifadə etməyi təklif etdi. Tikintinin qızğın çağında (kürsülük qoyulmuşdu, mərkəzi mehrablı arxa divar qismən tikilmişdi və yan divarların inşası davam edirdi) memarla komitə arasında ixtilaf düşdü. İşlər dayandırıldı və Əhmədbəyov tikintini tərk etdi. Komitə məscidin layihələşdirilməsini davam etdirmək xahişi ilə Ploşkoya müraciət etdi. Ploşko Z.b.Əhmədbəyovun plan quruluşunu saxlayaraq, memarlıq həllinin öz variantını təklif etdi.

Məscidin layihəsini tərtib etməmişdən əvvəl o, bir daha (Vladiqafqazda Muxtarov məscidinin inşası dövründə olduğu kimi) Bakı və Şamaxının dini tikililəri ilə tanış olmağa, Şirvanşahlar sarayı kompleksinə, Bakı qalası məscidinin minarələrinə diqqət yetirməyə məcbur oldu. Onlar həmişə yalnız alimlərin deyil, həm də bir sıra Bakı memarlarının tədqiqat mövzusu olmuşlar. Şübhəsiz ki, Z.b.Əhmədbəyovun tikdiyi yeni Təzə Pir məscidi Ploşkonun diqqətini cəlb etməyə bi məzdi.

İ.PIoşkonun 1909-cu ildə Komitəyə təqdim etdiyi layihədə dini tikili islamın memarlıq obrazlarında öz bədii təcəssümünü tapdı. Baş fasadın çatma tağ sırasının üfqi həcmi üzərində yüngül pavliyonlu açıq balkonlara dayaq olan stalaktit pərvaza qədər get-gedə nazikləşən hündür minarələr mavi səmaya doğru yüksəlir. Minarələrin şaquliliyi gərilmiş yay kimi son həddə çatdırılmışdır. Bu memarlıq motivi vasitəsilə biz, elə bil ki, Şirvanşahlar sarayı ansamblının əks-sədası kimi möhtəşəm bir siluet görürük. Siluet kompozisiyası əsas hissələrin həcm modelləşməsinə səbəb olaraq onun keyfiyyət strukturunu müəyyənləşdirmişdir. Cümə məscidinin həcm-məkan kompozisiyasını tamamlayan enli ön pilləkanın apardığı üslublaşdırılmış günbəzli portik baş fasadın mərkəzi oxu boyunca yerləşən girişini təşkil edir.

Günbəz konstruksiyası Varşavada sifariş olunmuşdu; o, çox gözəl düzəldildiyi üçün məscidin daxili məkanının yaraşığı idi. Məscidin tikintisini başa çatdırmaq müınkün olmadı, 1918-ci ildə vətəndaş müharibəsi vaxtı erməni daşnaklarnın lurətdiyi yanğından məscid çox ziyan çəkdi. Yeni məscidin binasına əlavə edilmiş qədim kitabələr də məhv oldu.

Memarın Bakıdakı digər bir maraqlı işi də qotik üslubda tikilmiş, 1909-cu ildə tamam başqa memarlıq təfsirində işlənmiş Bakının müqəddəs Məryam polyak icmasının katolik kostyolu idi. Ploşko kostyolun layihəsi üzərində işlərkən Romanın qotik üslubda tikilmiş məşhur kilsələrinin memarlığını təkrar etməmiş, ancaq polyak qotikasının onun memarlığına xas olan xüsusiyyətlərini obrazlı şəkildə verə bilmişdir. Polyak qotikası xüsusi təmtərağı və fransız və ya ingilis qotikasına xas olan memarlıq və dekorativ formaların zənginiiyi ilə seçilirdi. Polyak Kostyolu 30-cu illərdə sökdülər. O indiki Azərbaycan prospekti ilə Behbudov küçəsinin kəsişdiyi yerdə yerləşirdi.

Kapitalizm dövründə sənayedə rəqabət onun başqa növlərini, o cümlədən memarlıqda rəqabət doğurmuşdu. Varlanmış burcua sinfi öz şöhrətpərəstliyini təmin etmək üçün geniş memarlıq - inşaat proqramına xüsusi əhəmiyyət verirdilər. Muxtarovun sifarişi bunu əyani surətdə nümayiş etdirdi. «İsmailiyyə» xoşuna gəldiyinə görə, Muxtarov milli - şərq təfsirində deyil, qotika üslubunda saray tikdirməyi qərar aldı. Ploşko Muxtarov üçün layihə tərtib edərkən əvvələ güman edirdi ki, o, şərq üslubunda olacaq. Muxtarovun Persidski küçəsindəki sarayı (Muxtarov, 6, 1911-1912) fasad detalları fransız qotikası ruhunda nəfis işlənmiş, mərkəzi qüllə formasındadır. Binanın yalnız yengələr və digər dekorativ qotika elementləri ilə bəzədilmiş baştağlı ümumi memarlıq kompozisiyası maraqlı deyil. Fasadlarda nəfis sütunları olan lociyalar kəsişən tağlara dayaq olaraq həcm plastikasının xüsusi bir aləmini yaradır. Əgər «İsmailiyyə»də obrazın monumentallığı müşahidə olunursa, burada fransız qotikasının yüngüllüyü və zərifliyi tamamilə açılır. Binanın üslubu onun daş üzərində öz təcəssümünü tapmış mahiyyətini müəyyənləşdirmişdir. Memar onun bədii keyfiyyətlərindən maksimum dərəcədə istifadə etməyə çalışmış və buna nail olmuşdur. Sarayın siluet kompozisiyası da öz fiolaları ilə ətraf mühit arasında effektli görünür. Ancaq burada fasad və interyerlərin memarlıq vəhdəti yoxdur, çünki sifarişçi memardan otaqların məxtəlif üslublarda olmasını tələb etmişdir.

Muxtarovun sarayı bu üslubda yaradılmış ən görkəmli işlərdən biri və şəhərdə XX əsrin əvvəllərinin ən yaxşı tikilisidir.

Kərbəlayi İsrafil Hacıyevin Şamaxinka (Cabbarlı, 12) küçəsindəki evi 1910-1912-ci illərdə İ.PIoşko tərəfindən tikilmişdir. Ümumi kompozisiya həcm kütlələrinin modelləşdirilməsi ilə klassik bölgü ənənəsinin pozulmasından xəbər verir. Fasad böyük həcmlərin işıq-kölgə vasitələri ilə həll olunsa da, kompozisiya sxemi kifayət qədər dinamikdir və modernə xas olan xüsusiyyətlərə malikdir. Fasadın çəkilməsi yeni memarlıq formalarının əsrarəngiz və eyni zamanda ifadəli izahını verir. Fasadın kompozisiyası yan rizalitlərin iki qülləvari formada bitməsi, səciyyəvi tağ cizgiləri, mərtəbə açırımları, modern üslubuna xas olan profilləri, detalların zənginliyi memarlığın xüsusi bir sücetini yaratmışdır.

Ploşko qotika və modern üslubunda evlər tikdikdən sonra yerli memarlıq mövzusuna müraciət etməyi qərar aldı. Polyak mənşəli Rılski qardaşları Bakıda yerli milli memarlıq ənənələrinə uyğun dördmərtəbəli bina tikməyi qərara alıb, bu işi Ploşkoya sifariş etdilər. Ploşko Politseyski (Məmmədəliyev, 11) küçəsində tikiləcək çox maraqlı memarlıq kompozisiyasına malik bir fasad hazırladı.

Əgər fasadın oxu üzərində ikinci və üçüncü mərtəbələr arasında ikimərtəbəli erker olmasaydı, Rılskilərin dördmərtəbəli binası pəncərə açırımlarının sakit ahəngi ilə mütənasib kompozisiyaya malik olardı. Erkerin memarlıq həcmi onun canlı müsəlman formalarında dinamik inkişafını müəyyənləşdirdi.

Orta mərtəbələrin çatma və Mavritan formalı pəncərə açırımları Şərq memarlığında hər biri ayrı-ayrılıqda bir baştağ kompozisiyası ola bilər. Ploşko yüngül tipli erkerdən istifadə edərək, obyekti şəhərin cənub iqlim zolağına yaxınlaşdırmışdır. Erkerin kənarlarında birinci mərtəbədə mütənasib olaraq iki ön cinah girişi yerləşdirmiş, bu zaman memarlıq motivindən, ancaq daha iri miqyasda istifadə etmişdir.

İ.PIoşkonun tikdiyi Rılski qardaşlarının evi memarlıq - planlaşma və həcm- məkan həllinə görə koloritli binalardan biridir. Klassik mütənasib şaquli fasad kompozisiyası mülayim memarlıq formaları, haşiyələrin, merlonlu stalaktit pərvazın zərif cizgiləri ilə milli irsin istifadə edilməsində yeni səhifə açır. (1919-cu ildə bu binada Stefan Rılskinin rəhbərliyi ilə ilk diplomatik nümayəndəlik yerləşirdi.)

Tikililərin müxtəlif tipolocı qruplarına müraciət edilməsi İ.PIoşkonun yaradıcılığı üçün səciyyəvidir. Onlardan biri də Ağamusa Nağıyevin sifarişi ilə Qorçakovski (H.Z.Tağıyev, 13) küçəsində altımərtəbəli «Yeni Avropa» mehmanxanasının layihələşdirilməsi və inşası oldu. Əslində bu, Birinci Dünya müharibəsindən əwəl Ploşkonun son işi idi. Mehmanxana o dövrün ən müasir səviyyəsində təchiz olunmuşdu: dörd lifti, sanitar-texniki ləvazimatı, buxarla işləyən issitmə sistemi, gizli elektrik şəbəkəsi var idi. Binanın daşıyıcı konstruksiyaları kimi dəmir-betondan geniş istifadə olunmuşdur (dirəklər, çatılar, ana tirlər və s.). Lift hollu və pilləkan qəfəsəsindən əvvəl geniş vestibül gəlir. Yastı dam örtüyünün üstündə estradası olan restoran var idi. Otaqlar dəhlizin hər iki tərəfindədir.

Burada biz memarlığa tamamilə yeni münasibət, daha səmərəli konstruksiya həllinin axtarışlarını görürük. Mehmanxana binasını sırf modern üslubuna aid örrfonunda müəyyən ifadəlilikdən xali olmayan gələcək konstruktivizm cərəyanının bir növ əks-sədası idi. 1920-ci illərdə Ploşko Bakıda mühəndis kimi işləmiş və Zivər bəy Əhmədbəyovla birlikdə Abşeronda bağ-şəhərlərin salınması layihəsinin müzakirəsində iştirak etmişdir. Ploşko 1925-ci ildə 30 ilə yaxın Bakıda yaşayandan sonra Varşavaya, daha sonra isə Fransaya köçmüşdür. Meczet Dżuma kościół katolicki pod wezwaniem   Najświętszej Maryi Panny Pałac Muchtarowa




















Copyright © www.polonia-baku.org Wszystkie prawa zastrzeżone