PL       AZ       RU  

İosif Esman
(1868-1955)

İ. Q. Esman 1 dekabr 1868-ci ildə Belorusiyada, Vileyka şəhərində anadan olmuşdur. Sonra ailəsi Minskə köçmüşdür və gələcək alimin uşaqlıq illəri burada keçmişdir.

İ.Esman öz xasiyyətnaməsində yazırdı : “Özümü 3 yaşında olan vaxtdan xatırlayıram, Minskdə Zaxaryev küçəsində, alman kilsəsi – kirxanın yaxınlığında yaşayırdıq. Atam Kiçik Esmanı kəndindən idi, orada bizdən əlavə xeyli çoxlu insanlar yaşayırdılar və onlar da Esman soyadını daşıyırdılar. İ. Esmanın atası zemski həkim işləyirdi. 1863-cü il Polşa üsyanının iştirakçısı idi. O, oğluna polyakların müstəqillik uğrunda mübarizələri barədə həmişə danışardı, oğlu ilə Belorusiya meşələrinə səyahətə çoxlu vaxt sərf edərdi, onunla idmanla məşğul olardı, bu sonralar alimə ahıl vaxtı yaxşı fiziki formanı və əmək qabiliyyətinin saxlamağa kömək etmişdir.

1887-ci ildə İ.Esman Sankt-Peterburqda Texnoloji İnstituta qəbul olmuşdu. 1892-ci ildə İ. Q. Esman İnstitutu bitirmişdir. O, buraxılış ilinin ən yaxşılarından idi. Onun adı İnstitutun mərmərdən olan şərəf lövhəsinə həkk edilmişdi.

Sonra İ.Esman dəmiryol nəqliyyatında və su təchizatında mühəndis vəzifəsində işləmişdir, dəmiryolunda su təchizatı üzrə layihələr işləyib hazırlanmışdır.

1902-ci ildən İ.Q.Esman Peterburq Politexnik İnstitutunda işləyirdi, onu xaricə hidravlika və hidravlika maşınlarını öyrənmək üçün oxumağa göndərdilər.

“Bu mənim xaricə ilk səyahətim idi, Almaniyaya gedəndən sonra uzun müddət Berlində, Drezdendə, Ştutqarda yaşamışam, Politexnik İnstitutların professorlarının mühazirələrini dinləmişəm. Sonra İsveçrəyə getmişəm, orada hər yeri demək olar ki, piyada gəzmişəm. Orada hidrotexniki qurğularla tanış olmuşam ki, bunlarla bu ölkə dünyada çox məşhurlaşmışdı, geriyə qayıdarkən Avstriyaya getdim; Bu səyahət mənə ingilis dilini öyrənməyə imkan yaratdı. O vaxta qədər fransız, polyak və alman dillərini bilirdim.”

Xaricdən ezamiyyətdən qayıtdıqdan sonra İ. Esman su turbinlərinin nizamlanması barədə elmi iş yazır. Bu işdəki ideyaları sonralar xarici alimlər yeni turbinlər hazırlanmasında tətbiq və istifadə etmişdilər.

1905-1912-ci illərdə İ. Q. Esman Politexnik İnstitutda hidravlik laboratoriya təşkil etmişdir, orada boru və kanallarda yerli muqavimətin öyrənilməsi təcrübələri aparılırdı.

Bu işlərin nəticəsi onun dissertasıyasına daxil edilmişdi; onun nəticələri hidravlik hesablamalar üçün bu gün də böyük əhəmiyyət kəsb edir.

1910-cu ildə İ. Q. Esman professor Qrum-Qrjimaylo ilə birlikdə metallurgiya sobalarında qazlar barədə hidravlik nəzəriyyənin riyazi əsaslarını yaratmışlar. Bu iş xarici dillərə tərcümə edilmiş, metallurgiya sobalarında hesablama əsasları kimi ”Professor Esman Formulu” adıyla istifadə edilir.

1913-cü ildə İ. Q. Esman Peterburqdakı İnstitutları professoru: Politexnik, Elektrotexnik və Mülki mühəndislər İnstitutunda, həmçinin-bir sıra Nazirlik və İdarələrdə-Ticarət və Sənayə, Yol Nəqliyyatları Nazirlikləri, Baş Artilleriya İdarəsində, və başqalarında məsləhətçi olmuşdur. O, elmi məqalələr “Mərkəzdənqaçma nasosları və su mühərriklərinin hidravlika kursu”-əsərini yazmışdır. Bu dərslik dəfələrlə təkrarən çap edilmiş və SSRİ-nin bütün ali təhsil müəssisələrində əsas dərs vəsaiti olmuşdur.

Elmi işlərdən əlavə İ. Q. Esman hidromexanika və hidrotexnika sahəsində mühəndisliklə də məşğul olmuşdur. O, Ladoqa su kəmərinin layihəsini də hazırlamışdır, dəmir yollarının yanacaq təchizatı suallarını; nasos və turbin tikinti məsələlərini və sairə problemləri işləmişdir.

1915-ci ildə Birinci Dünya Müharibəsi başlayandan sonra İ. Q. Esman Petroqrad Zemstvo və Şəhər İttifaqi Komitəsində işə başlayır, Hərbi Müdafiə zavodlarına inspeksiya xidmətinə rəhbərlik edir.

Sonrakı illərdə Baş Artilleriya İdarəsinin dövlət alüminium zavodlarının tikintisi üçün hidrotexnik elmi axtarışlara rəhbərlik etmiş, həmçinin Rusiya Elmlər Akademiyyası Komissiyasında təbii istehsalat güclərinin öyrənilməsi, külək və suyun enerjisinin istifadəsi üzrə işlərə rəhbərlik etmişdir. 1917-ci ilin ortalarında İ.Q.Esman Baş Artilleriya İdarəsindən Tiflisə ezamiyyətə göndərilir ki, özünü layihəsi ilə aliminium zavodu üçün tikilən hidroelektrik stansiyasının tikintisinə nəzarəti təmin etsin.

1918-ci ildə Vladiqafqaz şəhərində Tepsk vilayətindəki çaylarda hidravlik işlərin tarixini öyrənməklə məşğul olur.

İ.Q.Esman Vladiqafqazda Politexnik İnsitutunun təşkil olunmasının təşəbbüskarı olur, həmin İnstitutun rektoru seçilir.

1922-ci ildə İ.Q.Esman Bakıya gəlir, Azərbaycan Politexnik İnsitutunun rektoru seçilir. 1923-1926-ci illərdə o Azərbaycan Texniki Cəmiyyətinin Bakı bölməsinin rəhbəri seçilir. 1926-1929-cü illərdə Dövlət Şurasının və Azərbaycan SSR Təhsil Xalq Komissarlıqı Kollegiyasının üzvü olmuşdur.

1924-1953-cü illərdə İ.Q.Esman Azneftin məsləhətçisi olmuşdur, burada bir sıra çətin məsələlərin həllində aktiv iştirak etmişdir.

1925-ci ildə İosif Qavriloviç eyni vaxtda Tiflis Politexnik İnsitutuna hidravlika və hidravlik mühərriklərə dair müharizə oxumaq üçün dəvət almışdı. Burada o hidravlika və hidrotexniki qurğular üzrə kafedranın əsasını qoymuş, 1945-ci ilə qədər bu kafedraya rəhbərlik etmişdir.

1927-ci ildə İ.Q.Esman Tiflis Dövlət Universitetinə professor kimi dəvət edilmiş, 1930-cu ildə Zaqafqaziya Nəqliyyat Mühəndisləri İnstitutunda hidravlika professoru olmuşdur. 1928-ci ildə (1935-ci ilə qədər). Zaqafqaziya Su Şurasının sədri seçilmiş, orada su resurslarının istifadəsi, sulanması, utiliziyasıyası layihələrinə rəhbərlik etmişdir.

1929-1932-ci illərdə Azərbaycan Energetika Komitəsinin Rəyasət Heyətinin Sədri olmuş onun rəhbərliyi ilə Azərbaycanın enerji mənbələri layihələri yaradılmışdır.

1935-ci ildən İ.Q.Esman Zaqafqaziya Sanitariya Texnikası İnstitutunun elmi-tədqiqatlar üzrə direktor müavini olmuş, Tiflis Energetika İnstitutunun yaradılmasında təşəbbüs qrupunun üzvü olmuşdur.

1930-cu ildə Zaqafqaziya Elmi-Tədqiqat Hidravlika və Enrgetika İnstitutunda məsləhətçi işləmişdir.

İ.Esman burada dağ çaylarında sel axınlarının hidravlikasına dair nəzəriyyə üzrə sualları həll etmişdir.

İ.Esman neft hidravlikasının banisi və bu istiqamətdəki elmi-tədqiqat işlərinin təşkilatçısıdır. O, yüksək özülülüklü mayelərin hidravlikası istiqamətini yaratmış və inkişaf etdirmişdir.

Onun sudan fərqli mayelərin hərəkəti barədə ideyaları elmi nəticələri genişləndirilmişdir.

İ.Esman dərin neft qaldırıcıları nasoslarının konstruktiv rəsmiləşdirilməsi və tətbiqi işində aktiv iştirak etmişdir. Onun çoxlu sayda ixiraları praktikada tətbiq edilmişdir.

İ.Esman dəfələrlə Bakı, Tbilisi, Qroznı, Moskva şəhərlərindəki nasos zavodlarına təcrübəli alim-məsləhətçi kimi dəvət olunmuşdur.

İ.Esman Bakı-Batumi neft kəmərinin muayinəsi və layihələşdirilməsində aktiv iştirak etmişdir; Gəncə və Vladiqafqaz su kəmərlərinin layihəsinə də rəhbərlik etmişdir. Onun təklif etdiyi prinsiplə Bakı su kəmərinin böyük rezervuar-çəni tikilmişdir. ZaQES, Acar-Texalsk və Zurnabad hidrostansiyalarının qəbulu və işə düşməsində yaxından iştirak etmişdir. Onun rəhbərliyi ilə Kara-Saqqal hidrostansiya model sınağı keçirilmiş, Azərsutəsərrüfatı üçün propeller nasosları tikilmişdir.

O, Zaqafqaziyanın bütün irimiqyaslı hidrostansiyaları layihəsi hazırlanmasında məsləhətçi qismində aktiv iştirak etmişdir-bunlar: Xram QES, Kanakir QES, Mingəçivir QES və başqalarıdır. O həmçinin Samur-Dəvəçi suvarma kanalının Texniki Şurasının üzvü olmuşdur. Hidrotexniki seksiya rəhbəri İ.Esmanın təşəbbüsü ilə AKNİ-də neftehidravlik laboratoriyası yaradılmışdır.

İ.Esman Ümümittifaq Elmi-Tədqiqat Neft Maşınqayırma İnstituttunda turbin qazma sektoru işlərində aktiv iştirak etmişdir.

İ.Q.Esman AZFAN-da energetika sektoru qurulmasında böyük rol oynamışdır. O bu sektoru yaratmış, onun işinə istiqamət vermişdir. Bir neçə il sonra Energetika sektoru Energetika İnstitutuna reorganizasiya olmuşdur ki, İ.Esman bu İnstituta rəhbərlik etmişdir.

İ.Q.Esman elmi fəaliyyəti dövründə 130 elmi iş nəşr etdirmişdir.

1927-ci ildə İ.Esmana SSRİ-nin əməkdar elm xadimi fəxri adı ilə təltif olunmuşdur. 1932-ci ildə ona Sosialist Əməyi Qəhrəman adı verilmişdir. O, Lenin və Qirmızı Əmək Bayrağı ordenləri və Qafqazın Müdafiəsi, Fədakar əməyə görə medalları ilə, 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində İştirakına görə medalı ilə təltif olunmuşdur.

1945-ci ildə İ.Q.Esman Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Azərbaycan SSR Elmlər Akademiyası Energetika İnstitutuna İ.Q.Esmanın adı verilmişdir (İ.Q.Esman adına Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutu).

Əməkdar elm və texnika xadimi, texnika elmləri doktoru, Azərbaycan SSR EA akademiki İosif Qavriloviç Esman fəaliyyətı ilə Azərbaycan neft sənayesinin inkişafına gözəl səhifələr yazmışdır.

Ədəbiyyat : Ç.Cuvarlı “İ.Q.Esman-elmi, elmi-təşkilatı və pedagoji fəaliyyətinə dair qısa (oçerk) xülasə”. Bakı, 1969-cu il.

Tərcümə edin Dr Hüseyn Hüseynov

Copyright © www.polonia-baku.org Wszystkie prawa zastrzeżone