PL       AZ       RU  

Stanislav Qruşetski
(1937-2009)


Stanislav Qruşetski
İnşaatçı-mühəndis Stanislav Qruşetski 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. S.Qruşetskinin valdeyinləri Yan Qruşetski və Lyubomira Xomayer 1922-ci ildə Bakı şəhərində kilsədə -Katolik Kosteledə nigaha girmişlər. Keşiş Stefan Demirovun qeyd etdiyi nigah yazısı indiyə qədər saxlanılmışdır. Stanislavın atası Yan Qruşetski Zaqafqaziya Dəmir Yolunda işləmişdir. Anası Lyubomira-Varşava Dəmir Yollarında dəmiryolçu-xidmətəndəki işçinin qızı idi.


Atası 1942-ci ildə dəmir yolunda baş vermiş ağır qəza nəticəsində əlil olmuş və 1946-ci ildə vəfat etmişdir. Müharibədən sonraki məhrumiyyət və aclıq dövründə anası uşağı ilə çətin durumda qalmışdır.

Stanislav uşağlıq illərində tez-tez xəstələnirdi, sağlamlığı ürəkaçan olmasa da, təhsildə əla səviyyədə oxuyurdu, tay-tuşlarından oxumağı və lidirliyi ilə seçilirdi.

1955-ci ildə S.Qruşetski Politexnik İnstitutuna qəbul olmuş, qrup nümayəndəsi seçilmişdi:

1960-ci ildə İnstitutu bitirmiş, inşaatçı-mühəndis diploma almışdlr və dərhal tikintiyə işə gedərək orada usta işləmişdir. Baxmayaraq ki əlaçı diplomu ilə fiziki əməklə bağlı olmayan vəzifə almaq imkanı olsa da , əmək fəaliyyətinə usta kimi başlamışdır. Həmin vaxtdan sonra onun həyat yolu daima fasiləsiz inkişaf və yüksəlişə doğru olmuşdur. Əvvəlcə tikintidə usta, bir il, sonra iş icrası (prorab), 1966-ci ildə MTŞ (Mühəndis-Texniki Şöbə) rəisi, 1967-ci ildə Tikinti İdarəsinin nömrə 43-də tikintinin baş mühəndisi olmuşdur. 1970-ci ildə “Jelezo-Beton” (dəmir-beton) trestində baş mühəndis olmuşdur. Onun ağıl keyfiyyətləri, enerjisi, istənilən çətin vəziyyətlərdə yeganə düzgün yolu tapmaq bacarığı isə onu istənilən vəzifə mövgeyində əvəzedilməz şəxsə çevirildi.1976-ci ildə Stanislav Qruşetski tikintidə rəis olduğu dövrdə xalq təsərrüfatı üçün xüsusi əhəmiyyəti olan istehsalat sahəsini həyata keçirdiyi “Xalqlar Dostluğu”ordeni ilə təltif olunmuşdur.

1980-ci ildə Qruşetski Azərbaycan Respublikası Sənaye Tikintisi nazirinin muavini vəzifəsinə təyin olunmuşdur. Nəinki respublika rəhbərliyi, həmçinin Moskvada İttifaq Rəhbərliyi Qruşetskini biliyinə, təşkilatçılıq və işgüzarlıq qabiliyyətinə görə, özünün bütün səylərini işə həsr etmək bacarığına görə onu yüksək qiymətləndirirdi. Dəfələrlə Qruşetskini ümumittifaq tikinti obyektlərinə-Sibirdə “Bratsk SES”-in əsrin tikintisinə dəvət etmişdilər.


1984-cu ildə məşhur BAM (Baykal Amur Maqistralı) dəmiryolu tikintisində, Buryatiya sahəsində tikintidə istirak etmişdir. Yüksək istehsalat göstəricilərinə görə fəxri ada “Qızıl Həlqə” (Zolotoye Zveno) və “İlk Qatarın Fəxri Sərnişini” (Poçotniy passajir pervogo poyezda) layiq görülmüşdür.

1987-ci ildə Qruşetski Azərbaycan SSR Həmkarlar İttifaqı Mərkəzi Şurası katibi vəzifəsinə keçirilmişdir.

1989-cu ildə o Moskvaya məsul Dövlət Qulluğuna SSRİ Sənayə Tikintisi Nazirliyinə dəvət almışdır və dəvəti nazir şəxsən imzalamışdı. Lakin Qruşetski Bakıda galır.O Bakıda doğulmuşdur, doğma şəhəri tərk etmək istəmirdi, 1990-ci ildə Qruşetski yenidən Azərbaycan SSR Sənayə Tikintisi nazirinin müavini təyin olunmuşdur. Respublika üçün ağır dövrdə Dağlıq Qarabağ konflikti alovdan və xalq təsərrüfatının dağıldığı vaxtda Qruşetski Qarabağa getmişdir.

Həmin dövrdə atəşin şiddətlə quruldadığı, partlayışlar, teror aktları törədilərkən, hər gün günahsız insanların həlak olduğu vaxtda Stanislav Qruşetski çoxlarının ürək etmədiyinə baxmayaraq Qarabağa getdi.

1990-ci ilin əvvəlində ittifaqın dağılmasından və respublikada səriştəsiz rəhbərlikdən sonra anarxiya hökm sürürdü və yenicə alınan müstəggilik dövründə ilk iilər davam edirdi.

Sonra Qruşetski özəl sektora keçdi. Bu illərdə “Leyla”- firmasında vitse-prezident olmuşdur. 2001-ci ildə onu yenidən Moskvaya Rusiya Federasiyası Tikinti Nazirliyi Konstruktor-Texnoloji İnstitutunda direktorun birinci müavini vəzifəsinə dəvət etmişdilər. Bu dəfə o dəvəti qəbul edib, bir gədər Moskvada işlədikdən sonra yenidən Bakıya qayıtmışdır, özəl firma “İzmir”-də baş məsləhətçi işləmişdir. Bu son illərdə onun hesabında şəhərin əhəmiyyətli obyektlərinin əsaslı restavrasiyası və yenidən qurulması, kimi işlər olmuşdur. Bunlardan Xətai Doğum Evi, Uşaq Reabilitasiya Mərkəzi, Şəhər Kliniki Xəstaxanası (Semaşko adına) bu sıradandır.


2005-ci ildə Stanislav Qruşetski “Poloniya-Azərbaycan”-ictimai təşkilatına üzvlüya daxil edilmişdir. Poloniyanın ümumi iclasında o, sədr seçilmişdir. Onun gəlməsinə hamı ürəkdən sevindi, onunla hamı fəxr edirdi. O, özünün Polşa mənşəli olmasını həmişə xatırlayır, valideynlərinin bütün sənədlərini və arxivini qayğı ilə qoruyub saxlıyırdı. “Polyakın Kartası” haqda qanun Polşada dərc olunanda bu onun üçün böyük fərəh oldu. 2009-cu ilin əvvəlində gözlənilmədən S.Qruşetski həyatdan getdi, cəmi bir neçə ay sonra ilk Polyakın Kartını təşkilat üzvlərinə təntənəli təqdim olunduğunu və arzuladığı bu günü görmək ona qismət olmadı.

“Sodrujestvo”( Azərbaycan Xalqlarının Respublika Birliyi) ilə birlikdə s.Qruşetskinin xatirəsinə həsr edilmiş görüşdə zal tamamilə dolmuşdu.

Çoxları həmçinin onun həmkarları-vaxtılə onun işlədiyi nazirliyin və təşkilatların nümayəndələri çıxışlar etdilər. İnşaatçı-mühəndis Fuad Zərbəliyevin sözləri yaddaşalarda qalmışdır. “Deyirlər ki, əvəzedilməz insanlar yoxdur. Həyat bizi öyrədir ki, bəzən bu söxlər ədalətsizdir. S.Qruşetskini heç kəs əvəz edə bilməz, bizim üçün bu itki geri dönməz, daima yerigörən itkidir. Onun xatirəsi dərin minnətdarlıq hissi ilə mənim və onun tanıyanların ürəyində daima qalacaqdır.”

Olqa Yujanina-Makovelskaya.



Copyright © www.polonia-baku.org Wszystkie prawa zastrzeżone