Görkəmli geoloq-neftçi, alim, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1943)1884-cü ildə Bakıda anadan olmuşdur.
İlk dəfə neft yataqlarında suyun paylanması üzrə Palmer sistemini tətbiq etmişdir. 1992-ci ildən ömrünün axırına qədər Azərbaycan Sənaye İnstitutunda “Neft və Qaz yataqlarının axtarışı və kəşfiyyatı” kafedrasında professor və kafedra müdiri işləmişdir.
1920-ci ildən 1930-cu ilə qədər “Azneft” Birliyinin Geologiya İdarəsinə rəhbərlik etmişdir.
1935-1937-ci illərdə SSRİ AZFAN-nın geologiya sektorunun rəhbəri olmuşdur.
1938-ci ildən İ.M. Qubkin adına neft-geologiya laboratoriyasına rəhbərlik etmişdir. Neft hasılatında təkrarı üsulların geoloji tətbiqi layihəsinin, Respublikada neft yataqlarında ehtiyatların hesablanmasının və yüksək ixtisaslı geoloq kadrların hazırlanmasında böyük rol oynamışdır.
M.Abramoviç 100 çox elm işin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.
Qırmızı Əmək Bayrağı ordeni və medallarla tətlif olunmuşdur.
tərcümə edin
Dr Hüseyn Hüseynov
Copyright © www.polonia-baku.org Wszystkie prawa zastrzeżone